“Tasnim”: Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

DogruSozTv Az
Oxunma vaxtı:38 Saniyə

İranın mövqeyi Pakistan tərəfinə açıq şəkildə çatdırılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Tasnim” mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bəzi KİV-lərin yaydığı məlumatların əksinə olaraq, Pakistan ordusunun komandanı feldmarşal Asim Munir İrana ABŞ tərəfindən hər hansı təhdid və ya buna bənzər mesaj gətirməyib.

Bildirilib ki, Asim Munirin səfərinin məqsədi danışıqlar üçün imkanların genişləndirilməsi, eləcə də İranın şərtlərinin ABŞ tərəfinə çatdırılması olub.

Mənbə əlavə edib ki, Munirlə keçirilən görüşlərdə İranın mövqeyi Pakistan tərəfinə açıq şəkildə çatdırılıb.

“İranın şərtləri sırasında ABŞ-ın İslamabad anlaşmasına qayıtması və onun müddəalarını, o cümlədən 5-ci bənddə nəzərdə tutulan Hörmüz boğazı üzrə İranın müəyyən etdiyi tənzimləmələri həyata keçirməsi də var”, – mənbə bildirib.

Məlumata görə, bu mövqe Pakistana çatdırılıb və İslamabad sözügedən şərtləri ABŞ-a ötürməyə çalışır.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.Mehriban Arif qızı Əliyeva – 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-ci ildə İ.M.Seçenov adına […]