Üçüncü tərəflər münasibətlərimizə mənfi təsir göstərməməlidir- ƏRAQÇİ

Oxunma vaxtı:42 Saniyə

İran və Azərbaycan ortaq, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan gələcək qurmaq əzmindədir.

Bunu İran xarici işlər naziri Abbas Əraqçi Bakıda keçirilən yüksək səviyyəli görüşlərdən sonra bildirib.

“Mehr” informasiya agentliyi dekabrın 6-7-də Bakıya son səfəri zamanı Əraqçının Azərbaycanın yüksək vəzifəli şəxsləri, o cümlədən Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov, baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədri Sahibə Qafarova ilə geniş və konstruktiv görüşlər keçirdiyindən yazıb.

“İran-Azərbaycan münasibətləri coğrafi yaxınlıqdan kənara çıxır. Bu gün həmin əlaqələr iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə genişlənir. Hər iki ölkə əməkdaşlığı strateji səviyyəyə qaldırmaq əzmindədir”, – Əraqçi qeyd edib.

Görüşlər zamanı vurğulanıb ki, üçüncü tərəflər Tehranla Bakı arasında konstruktiv münasibətlərə mənfi təsir göstərməməlidir. Agentlik müzakirələr boyu rəsmilərin Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasının vacibliyini bütün regional dövlətlər üçün tərəqqi və firavanlıq üçün ilkin şərt kimi vurğuladığını yazıb.

Loading

Next Post

Həftəsonu Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək, 13-ü gündüzdən 14-ü gündüzədək isə əksər bölgələrdə güclü külək əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şəki, İsmayıllı, Qəbələ, Qobustan, Hacıqabul, Oğuz, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Ağstafa, Qazax, Kəlbəcər, […]