Paytaxtın iki ünvanında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Oxunma vaxtı:33 Saniyə

Bakı şəhərinin bəzi yol sahələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sentyabrın 7-dən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində, həmçinin həmin gün saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur.

Loading

Next Post

Ermənistanın xarici siyasət manevri - Çin və Rusiyaya meylin arxasında nə dayanır? – ŞƏRH

Uzun müddətdir xarici siyasət vektorunu Qərbə tərəf aparan Ermənistan hökuməti manevr etmək qərarına gəlib. Bunu Baş nazir Nikol Paşinyanın Çində keçirilən ŞƏT sammitində iştirakı da ortaya qoyur. Xeyli vaxtdır Rusiyanın rəhbərlik etdiyi tədbirlərdən yayınan, əvəzində Qərbdə, xüsusən də Avropada keçirilən mərasimlərdə iştirak edən Paşinyan bu dəfə Pekinə səfər edərək, Rusiya […]