Rusiya Prezidenti Nobel Komitəsinin qərarı ilə razı olmadığını deyib

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Rusiya Prezidenti Vladimir Putin Nobel Komitəsinin qərarı ilə razı olmadığını söyləyib.

Tacikistana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında çıxış edən Putin bildirib ki, Nobel Sülh Mükafatı ilə bağlı Komitənin qərarı mükafatın etibarına böyük ziyan vurub.

“Nobel Komitəsi dəfələrlə sülh üçün heç bir iş görməyənlərə Sülh Mükafatı verib”, – Rusiya prezidenti vurğulayıb.

O, Nobel Komitəsinin nüfuzunu böyük dərəcədə itirdiyini söyləyib: “ABŞ-ın hazırkı prezidentinin Nobel mükafatına layiq olub-olmadığını mühakimə etmək mənlik deyil. Bilmirəm. Amma o, həqiqətən də, illər, hətta onilliklər boyu davam edən mürəkkəb böhranların həlli üçün çox şey edir”.

Putin həmçinin, Ukrayna böhranı ilə bağlı Donald Trampın “sülh üçün səmimiyyətlə səy göstərdiyi” fikrini ifadə edib.(APA)

Loading

Next Post

Putin AZAL təyyarəsinin qəzasından danışıb: Araşdırma obyektiv olacaq

Putin Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandırıb. Bu barədə Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib. “Mən deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq. Deyərdim ki, bu, emosiyalar böhranı idi”, – o əlavə edib. Rusiya lideri əlavə edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq […]