Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Oxunma vaxtı:21 Saniyə

Bəhreyn Müdafiə Qüvvələri İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib.

Bu barədə Bəhreyn Silahlı Qüvvələri Baş Komandanlığının bəyanatında bildirilib.

“Baş Komandanlıq təsdiq edir ki, bütün silah sistemləri və bölmələri ən yüksək hazırlıq vəziyyətindədir və Krallığın müdafiəsinə tam hazırdır”, – Silahlı Qüvvələrin bəyanatında qeyd olunub.

Bəyanatda həmçinin vurğulanıb ki, mülki əhaliyə və şəxsi mülkiyyətə zərbə endirmək üçün raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Loading

Next Post

Allahşükür Paşazadə: Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik

Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışını əks etdirən tarixi təcrübəyə, örnək tolerantlıq modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı ən yüksək səviyyədədir. Bunu Anqolada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının “Sülhə çağırış, Müharibələrə son qoyulması və […]