“Sənəd demək olar ki, hazırdır” – Rusiya üçtərəfli görüşdən danışdı

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Rusiya baş nazirinin müavini Aleksey Overçuk regional münasibətlərin blokadadan çıxarılması üzrə komissiyanın üçtərəfli iclasının nəticələrini şərh edib.

Dogrusoztv.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqlar 9 saat davam edib.

“Mətn hazırlığın son mərhələsindədir. Sənəd demək olar ki, hazırdır. Lakin hələ müzakirə edilməli olan iki-üç mübahisəli məqam var, amma dəmir yolunun keçəcəyi məqamlar razılaşdırılıb. Biz bunu aradan qaldırdıq, yükün gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldik”, – Overçuk bildirib.

Siyasətçinin sözlərinə görə, hər üç tərəf kommunikasiya əlaqələrinin tezliklə başlamasına hazırdır.

Loading

Next Post

İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan […]