ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

Oxunma vaxtı:1 Dəqiqə, 0 Saniyə

ABŞ ordusu İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarını ələ keçirdikdən sonra Qeşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ ordusu iyunun 2-də Yaxın Şərqdə İranın hücumlarına cavab olaraq özünümüdafiə məqsədilə bir neçə ballistik raketi, eləcə də dronları uğurla vurub”, – deyə bəyanatda bildirilib.

Komandanlıq vurğulayıb ki, İran beş raket atıb və heç biri hədəflərə dəyməyib, ABŞ ordusu da üç dronu vurub: “ABŞ ordusu həmçinin Qeşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib”.

İslam İnqilabı Keşikçiləri Korpusu isə ABŞ-nin Qeşm adasındakı İran hərbi obyektinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də regional ölkədəki Amerika hava bazasına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Qeyd olunub ki, korpus Hörmüz boğazı yaxınlığında İran neft tankerinə endirilən zərbəyə cavab olaraq ABŞ-a bağlı gəmiyə hücum edib.

Öz növbəsində CENTCOM Küveytdəki Amerika qüvvələrinə qarşı İranın PUA hücumunu dəf etdiyini açıqayıb. “Küveytdəki ABŞ qüvvələrinə hücum etməyə çalışan İran dronlarının daha bir dalğası nəzərdə tutulan hədəflərə çata bilməyib. Mərkəzi Komandanlığın hava hücumundan müdafiə qüvvələri bir neçə dronu uğurla vurub”, – deyə qurum “X” sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, Amerika hərbçilərindən heç biri xəsarət almayıb.

Loading

Next Post

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

İyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil […]