Nazir: Ermənistan 2026-2027-ci illərdə modul tipli AES-in tikintisi ilə bağlı qərar qəbul edəcək

Oxunma vaxtı:28 Saniyə

Ermənistan Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreyadan modul tipli atom elektrik stansiyalarının (AES) modelləri ilə bağlı təkliflər alıb.

Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, model seçimi ilə bağlı yekun qərar hələ qəbul edilməyib:

“Düşünürəm ki, model seçimi məsələsi 2026 və ya 2027-ci ildə həll olunacaq. Ona görə də tələsmək lazım deyil. Model seçimindən asılı olaraq hansı ölkə ilə işləyəcəyimizə qərar veriləcək. Çünki atom elektrik stansiyalarının modul sistemləri əvvəllər geniş yayılmamışdı və əlavə tədqiqatlara ehtiyac var. Biz hazırda bununla məşğuluq”.(Report)

Loading

Next Post

Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan fevralın 3-də iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı-2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər. “Report”un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən […]