ABŞ İrana xəbərdarlıq etdi: Rusiyaya ballistik raketlər vermək…

Oxunma vaxtı:33 Saniyə

ABŞ prezidenti Co Baydenin administrasiyası bəyan edib ki, İranın Rusiyaya mümkün ballistik raketlər təhvil verməsi Tehranın Kremlin Ukraynaya qarşı hərbi təcavüzünə dəstəyinin “dramatik eskalasiyası” anlamına gələcək.

“Reuters”in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet bildirib.

Amerika rəsmisi qeyd edib ki, ABŞ Ukraynaya genişmiqyaslı işğalın əvvəlindən Rusiya Federasiyası ilə İran arasında müdafiə tərəfdaşlığının dərinləşməsi barədə xəbərdarlıq edib və bundan narahatdır.

Ağ Evin nümayəndəsi qeyd edib ki, ABŞ bu dəfə mümkün nəticələrə eyham vurub. Şura belə bir bəyanatla Qərb mediasının Tehranın Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlı xəvərləri fonunda çıxış edib.

Digər ABŞ rəsmisi “Reuters” agentliyinə bildirib ki, Vaşinqton İran-Rusiya raketlərinin mümkün hərəkətlərini diqqətlə izləyir.

Loading

Next Post

Mehriban Əliyevadan Lamiyəyə növbəti təbrik

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyeva ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: “Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!”