İsrail Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib

Oxunma vaxtı:34 Saniyə

İsrail hərbçiləri Yəmən tərəfindən atılan raketi hava məkanına çatmamış zərərsizləşdirib.

Bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti xəbər yayıb.

“Qüds və Ölü dəniz bölgələrində sirenlər işə salındıqdan sonra Yəməndən atılan raket ölkə ərazisinə keçmədən zərərsizləşdirilib”, – məlumatda bildirilir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı etdiklərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək sektora, eləcə də Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab zərbələri endirməyə başlayıb, ardından Fələstin anklavında quru əməliyyatı keçirib.

Loading

Next Post

İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək nəqliyyat vasitələri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.