İran səfiri partlayışda gözünü itirib

Oxunma vaxtı:26 Saniyə

Xəbər verdiyimiz kimi, İranın Livandakı səfiri Müctəba Əmani Beyrutda peycerlərin partlaması nəticəsində xəsarət alıb.

 The New York Times-ın məlumatına görə, səfir hadisə nəticəsində bir gözünü itirib, digər gözündən isə ciddi xəsarət alıb.

İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) nümayəndələrinin verdiyi məlumata görə, Əmaninin vəziyyəti ilk olaraq açıqlanandan fərqli olaraq daha ciddidir.

Bildirilib ki, o, müalicə üçün Tehrana aparılacaq.

Xatırladaq ki, sentyabrın 17-də Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan isə yaralanıb.

Loading

Next Post

Peycerlərə əvvəldən partlayıcı yerləşdirilib?

Livanın paytaxtı Beyrutda anidən partlayan peycerlərə daha əvvəldən 20 qrama qədər partlayıcı yerləşdirilib. Bu barədə məlumatı Livanın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən “Əl-Cəzirə” telekanalı yayıb.  Bildirilib ki, partlayan peycerlər 5 ay əvvəl Livana idxal edilib. Hazırda ölkənin xüsusi xidmət orqanları partlayıcının necə aktivləşdirilməsi ilə bağlı bir neçə versiyanı araşdırır.  “The New […]