İsrail 11 HAMAS üzvünü azad edəcək

DogruSozTv Az
Oxunma vaxtı:24 Saniyə

İsrail 11 HAMAS üzvünü azad edəcək.

Bu barədə İsrail ordusunun radiosunda məlumat verilib.

Bildirilib ki, razılaşmada 11 məhbusun “Fatah” təşkilatından seçilməsi nəzərdə tutulmuşdu, lakin son anda bu qərar dəyişdirilib və azad olunacaq məhbusların HAMAS-dan olması məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, əldə olunan razılaşmaya əsasən HAMAS atəşkəsdən 72 saat sonra 20 İsrailli canlı girovu azad etməlidir.

İsrail isə uzunmüddətli cəzaya məhkum edilmiş 250 fələstinlini, eləcə də 2023-cü il oktyabrın 7-dən bəri həbs olunan 1700 fələstinli məhbusu azad edəcək.

Loading

Next Post

Deputat məktəblərdə skuter və velosipedlərlə bağlı təlim keçirilməsini təklif edib

“Skuter və velosipedlərdən geniş istifadənin tərəfdarıyam”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, ancaq bir çoxları bu nəqliyyat növlərinə əyləncə kimi yanaşır: “Bəzən bu səbəbdən qəzalar baş verir. Təklif edirəm ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərdə təlimlər keçsin, bildirilsin ki, skuter […]