Deputat məktəblərdə skuter və velosipedlərlə bağlı təlim keçirilməsini təklif edib

DogruSozTv Az
Oxunma vaxtı:20 Saniyə

“Skuter və velosipedlərdən geniş istifadənin tərəfdarıyam”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, ancaq bir çoxları bu nəqliyyat növlərinə əyləncə kimi yanaşır: “Bəzən bu səbəbdən qəzalar baş verir. Təklif edirəm ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərdə təlimlər keçsin, bildirilsin ki, skuter və velosipedlər əyləncə vasitəsi deyil. Eyni zamanda, dövlət qurumlarında ciddi şəkildə maarifləndirmə tədbirləri həyata keçirilsin”.

Loading

Next Post

Prezident MDB liderlərinin şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

Bu gün Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonun adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.