Köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb

Oxunma vaxtı:38 Saniyə

Doğma yurduna iyulun 14-də yola salınan köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.

“Report”un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, kənd sakinlərini qarşılama mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər.

Təzəbinə kəndində daimi yaşayış üçün köçürülən ailələrin normal yaşayışı üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Loading

Next Post

Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev iki yeni milli parkın – Axar-Baxar və İlisu – yaradılması barədə sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, Axar-Baxar Milli Parkı Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 […]