Baş nazir yeni qərar İMZALADI

Oxunma vaxtı:29 Saniyə

Nazirlər Kabineti “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nı təsdiq edib. 

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə qəbul olunub. Qərarda Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı və həmin mallara dair xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodlar verilib. 

Qərar malların “Texniki tənzimləmə haqqında” qanuna əsasən qəbulu nəzərdə tutulan texniki reqlamentlərin tələblərinə uyğunluğuna istehlak bazarında nəzarətin həyata keçirilməsinə şərait yaradacaq.

Loading

Next Post

Plenar iclas başladı - Ombudsman hesabat verir

 Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 14 məsələ daxil edilib. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi müzakirə olunur. Hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edir. Gündəliyə daxil edilən məsələlər aşağıdakılardır: 1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin […]