

“Biz hələ də yerli məhsulu lazım olan keyfiyyət və həcmdə təmin edə bilməmişik”.
Bu sözləri BiG.AZ-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov bildirib.
“Yerli məhsullarda keyfiyyət və həcmi təmin edə bilməməyimiz dünya bazarında qiymət dəyişikliklərinin fonunda ölkəmizə də mütləq şəkildə öz təsirini göstərir. Bu qiymət artımı probleminin birinci səbəbidir. Digər səbəb də Azərbyacanda maliyyə-kredit resurslarına əlçatanlığın çox aşağı səviyyədə olması ilə bağlıdır”.
“Düşünürəm ki, bizim bank sektoru real iqtisadiyyatdan uzaq şəkildə fəaliyyət göstərir. Bu da kreditlərin əlçatanlığını çətinləşdirir, o da öz növbəsində istehsalı bahalaşdırır. Ona görə də istehsalçılar məhsulları daha baha qiymətə satışa çıxarırlar.
Məsələnin 3- cü tərəfi ondan ibarətdir ki, Azərbaycanda inhisarçılıq hələ də yüksək səviyyədədir. İnhisarçılar rahat şəkildə qiymətləri tənzimləyə bilirlər. Hesab edirəm ki, bu da növbəti problemdir.
Faktiki olaraq rəqabət mühitinin lazımı səviyyədə olmaması ona gətirib çıxarır ki, bir qrup inhisarçılıq məntəqələrinə sahib olan iş adamarı istədikləri şəkildə qiymətləri artıraraq öz mənfəətlərini də artırmış olurlar”.

![]()
