Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası ilə memorandum imzalayacaq

Oxunma vaxtı:30 Saniyə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər edəcək.

Səfər çərçivəsində Vatikan şəhərində “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu”nun imzalanması planlaşdırılır.

Memorandum hər iki qurumun səlahiyyətləri çərçivəsində dinlərarası dialoqun təşviqi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Sənədin imzalanmasında əsas məqsəd mədəni və dini irsin qorunması, habelə dini təhsil müəssisələri arasında əməkdaşlığın, dinlərarası dialoqun qlobal səviyyədə təşviqi istiqamətində əlaqələrin dərinləşdirilməsinə töhfə verməkdən ibarətdir.

İyulun 30-dək davam edəcək səfər çərçivəsində Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Loading

Next Post

Vüqar Qurbanov baş direktoru işdən çıxardı - FOTO

“Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub. Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb. Qeyd edək ki, bundan əvvəl Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası yayılmışdı. Məlumata görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə […]