Müşfiq Abbasov həbs edildi

Oxunma vaxtı:17 Saniyə

Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.

Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.

Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub.

Loading

Next Post

Azərbaycanda ilk dəfə ortaq türk əlifbası ilə poeziya antologiyası nəşr olunub

Azərbaycanda ortaq türk əlifbası ilə ilk poeziya antologiyası – “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” adlı kitab nəşr olunub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından bidirilib. Antologiyada çap olunan hər bir türk xalqına aid bədii nümunələr əvvəlcə orijinalda, yəni yazıldığı dildə, sonra isə ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə verilib. Nəşrdə […]