Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Oxunma vaxtı:1 Dəqiqə, 9 Saniyə

Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 8-də Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası keçirilib. Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin ev sahibliyi ilə təşkil olunan iclasa bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek sədrlik edib.

İclasda “Türk dünyası vizyonu – 2040”, “TDT Strategiyası 2022–2026”, eləcə də TDT Zirvə görüşləri və təhsil nazirlərinin iclaslarında qəbul edilmiş qərarlar çərçivəsində təhsil sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı Türk dünyasında təhsil inteqrasiyasının gücləndirilməsi, akademik mobilliyin artırılması, Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) fəaliyyətinin davamlılığının təmin edilməsi, həmçinin Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində həyata keçirilən layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, iclasda ümumi təhsil sahəsində şagird və müəllim mübadilə proqramları da daxil olmaqla, birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında TDT çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirib.

Nazir ümumi və ali təhsil sahələrində irəli sürülən təşəbbüslərin TDT-yə üzv və müşahidəçi dövlətlər arasında akademik mobilliyin genişləndirilməsinə, universitetlərarası əlaqələrin gücləndirilməsinə, eləcə də Türk dünyasında təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinə töhfə verəcəyini bildirib.

E.Əmrullayev həmçinin Azərbaycanın Türk dünyasında ali təhsil sahəsində daha sistemli institusional əməkdaşlığın qurulmasına dair təşəbbüsünü təqdim edib.

İclasın yekununda 9-cu iclasın kommünikesi imzalanıb, bir sıra strateji sənəd və təşəbbüslər təsdiq edilib.

Loading

Next Post

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Pakistanın Baş naziri Şahbaz Şərif Yaxın Şərqdəki münaqişənin tərəflərini təmkinli olmağa və gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb. Baş nazir bunu “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. Pakistan hökumətinin başçısının sözlərinə görə, dövlətlər arasındakı münaqişələrin həllinə diplomatik yanaşma silahlı qarşıdurmadan fərqli olaraq böyük perspektivlər vəd edir və nəticəyə nail olma […]