Emmanuel Makron İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:48 Saniyə

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Cənab Prezident, əziz İlham.

Fransa Respublikasının Prezidenti Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Ötən il oktyabrın 2-də Kopenhagendə görüşümüzdən və bu il mayın 21-də son telefon danışığımızdan sonra, – istər regional məsələlər üzrə dialoqumuz, istərsə də iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığımız olsun, – bütün sahələrdə ikitərəfli münasibətlərimizin tam potensialından istifadə etmək üçün onları normallaşdırmaq istiqamətində işləməyə davam etmək niyyətimi bir daha bildirmək istərdim.

Bu baxımdan, bu il 10 illiyini qeyd edən Fransız-Azərbaycan Universiteti ilə bağlı əməkdaşlığımızın nümunəvi xarakterini xüsusi vurğulamaq istəyirəm.

Ümid edirəm ki, tərəfdaşlıq ruhunda ikitərəfli münasibətlərimizin inkişafına mane olan son çətinliklərin öhdəsindən gələ biləcəyik.

Həmçinin fürsətdən istifadə edərək, regionun bütün xalqlarının rifahı naminə yeni bir səhifə açmağa imkan verəcək Ermənistan və Azərbaycan arasında sülh prosesinin davam etdirilməsinə və başa çatdırılmasına Fransanın tam dəstəyini bir daha vurğulamaq istərdim.

Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə”.

Loading

Next Post

Azərbaycanda Qurban bayramı qeyd edilir

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir. Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a […]