Votsapda yeni qayda tətbiq ediləcək

DogruSozTv Az
Oxunma vaxtı:26 Saniyə

“Meta” şirkəti votsapda istifadəçi məxfiliyini gücləndirmək məqsədilə yeni təhlükəsizlik sistemi tətbiq edir.

Bu barədə “TechCrunch” portalı məlumat yayıb.

Yeniliyə əsasən, istifadəçilərə ardıcıl olaraq cavab almadan mesaj göndərən şəxslər və şirkətlər müəyyən məhdudiyyətlərlə üzləşəcək. Belə ki, yeni sistem spam və reklam mesajlarının qarşısını almağa yönəlib. Əgər bir şəxs və ya müəssisə istifadəçidən cavab almadan təkrar-təkrar mesaj göndərərsə, müəyyən bir mərhələdən sonra bu proses avtomatik dayandırılacaq.

Şirkət bildirib ki, bu funksiya ilk mərhələdə bir neçə ölkədə sınaqdan keçiriləcək və yalnız çoxlu sayda spam göndərən hesabları əhatə edəcək.

Loading

Next Post

Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi.Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və […]