Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi.
Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. (Mənbə APA)

Loading

Next Post

Şamil Rzayev ANAMA sədrinə I müavin təyin olunub

Şamil Rzayev ANAMA sədrinə I müavin təyin olunub. Bu, ANAMA-nın saytında struruktura edilən dəyişiklikdə öz əksini tapıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Şamil Etibar oğlu Rzayev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini təyin edilib. Xatırladaq ki, Şamil Etibar oğlu Rzayev 2000-2001-ci illərdə […]