Şamil Rzayev ANAMA sədrinə I müavin təyin olunub

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Şamil Rzayev ANAMA sədrinə I müavin təyin olunub.

Bu, ANAMA-nın saytında struruktura edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Şamil Etibar oğlu Rzayev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Xatırladaq ki, Şamil Etibar oğlu Rzayev 2000-2001-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb. 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Loading

Next Post

Estoniya XİN Azərbaycan xalqını təbrik edib

Estoniya Xarici İşlər Nazirliyi “X” sosial hesabında Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Paylaşımda deyilir: “Estoniya Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi qəlbdən təbrik edir. Biz dostluq münasibətlərimizi qiymətləndirir və gələcək əməkdaşlığa ümid edirik”.