İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunur

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ daxil olub.

Dogrusoztv.az APA-ya istinadən xəbərinə görə, məsələ bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif edilir.

Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.

Loading

Next Post

İlham Əliyev Selçuk Bayraktarı qəbul etdi

Prezident İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə edib. Dövlət başçısı salamlara görə […]