Hakimimiz Avropa Liqasının oyununu idarə edəcək

Oxunma vaxtı:20 Saniyə

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

O, Danimarkada yerli “Midtyullann” və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandaları arasında keçiriləcək Liqa mərhələsinin VIII turunun oyununu idarə edəcək.

E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, “Midtyullann” – “Dinamo” qarşılaşması yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Loading

Next Post

Suriyanın şimalında silahlar susur: Türkiyə prosesləri izləyir, İsrail riskləri ölçür - TƏHLİL

Suriyanın şimalında son aylarda müşahidə olunan proseslər klassik hərbi qarşıdurma məntiqindən çıxaraq daha mürəkkəb, çoxqatlı və uzunmüddətli siyasi transformasiya mərhələsinə daxil olunduğunu göstərir. Bu mərhələni nə ani hakimiyyət dəyişikliyi, nə də açıq hərbi qələbə və ya məğlubiyyət kimi xarakterizə etmək mümkündür.Əksinə, regionda on ildən artıq müddətdə formalaşmış paralel silahlı və […]