Ermənistanda məhkəmə müxalif deputatın daşınmaz əmlakı və 700 min dollarını müsadirə edə bilər

Oxunma vaxtı:20 Saniyə

Ermənistanda Antikorrupsiya Məhkəməsi “Daşnaksütyun” partiyasının ali orqanının nümayəndəsi, müxalifətdəki “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyanın mənbyi bilinməyən əmlaklarını və 700 min dollar məbləğində pul vəsaitini müsadirə edə bilər.

Bu barədə Ermənistan KİV-ləri nəzarət qurumuna istinadən məlumat yayıb.

Məhkəmə Baş Prokurorluğun müvafiq iddiasını icraata qəbul edib.

Məlumatda qeyd olunub, 5 daşınmaz əmlak obyekti, nəqliyyat vasitələri, 3 hüquqi şəxsdəki paylar və 700 min dollar müsadirə edilməlidir.

Loading

Next Post

Nəriman Axundzadə ABŞ klubuna transfer olub

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə ilə bağlı MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb. Bu barədə “Qarabağ” klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, 21 yaşlı forvardın qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə […]