Sabah rayonlara yağış yağacaq

DogruSozTv Az
Oxunma vaxtı:38 Saniyə

Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Loading

Next Post

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

71-ci “Avroviziya” müsabiqəsi növbəti ilin may ayında Burqas şəhərində (Bolqarıstan), “Arena Burgas”da baş tutacaq. Bu barədə Avropa Yayım İttifaqı (EBU) məlumat yayıb. “Avropa Yayım İttifaqı (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) məmnuniyyətlə bildirir ki, Burqas şəhəri 2027-ci ilin may ayında 71-ci Avroviziya mahnı müsabiqəsinin keçiriləcəyi yer olaraq seçilib. Avroviziya həftəsi […]