Sabah hava yağmursuz keçəcək

Oxunma vaxtı:36 Saniyə

Bakıda və Abşeron yarımadasında dekabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, 

Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəıraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 7-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Loading

Next Post

Bakının Süleyman Vəzirov küçəsində yenidənqurma işləri tamamlanmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Süleyman Vəzirov küçəsinin bir hissəsində – Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan ərazidə apardığı yenidənqurma işlərini yekunlaşdırmaq üzrədir. Uzunluğu 1100 metr olan sözügedən küçənin hərəkət hissəsinin eni 14 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat […]