Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinləri etimad quruculuğu tədbirlərini müzakirə edib

Oxunma vaxtı:19 Saniyə

24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Loading

Next Post

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB

Milli Məclisin yaz sessiyası üzrə fevralın 27-də keçirilməsi nəzərdə tutulan plenar iclasının gündəliyi açıqlanıb. İclasın gündəliyinə 9 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Kinematoqrafiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 2. Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 3. Mülki Məcəllədə və […]