Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb – YENİLƏNİB

Oxunma vaxtı:55 Saniyə

Milli Məclisin yaz sessiyası üzrə fevralın 27-də keçirilməsi nəzərdə tutulan plenar iclasının gündəliyi açıqlanıb.

İclasın gündəliyinə 9 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. “Kinematoqrafiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

2. Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

3. Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

4. Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

5. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

6. “Yerin təki haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

8. Əmək Məcəlləsində və “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

9. “Mədəniyyət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

***

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası fevralın 27-də keçiriləcək.

Bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının yekununda bildirib.

O qeyd edib ki, növbəti plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.

Loading

Next Post

Sahibə Qafarova TBMM-nin Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay ilə görüşüb. Görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, […]