Sahibə Qafarova TBMM-nin Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb

Oxunma vaxtı:1 Dəqiqə, 23 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay ilə görüşüb.

Görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyi bildirilib.

S.Qafarova qeyd edib ki, bu gün həm regionumuzda, həm də qlobal səviyyədə baş verən proseslər, mövcud olan çağırışlar parlamentlərimizin xarici əlaqələr komitələrinin birgə işinin davam etdirilməsini labüd edir. Vurğulanıb ki, üçtərəfli parlament əməkdaşlığı çərçivəsində reallaşdırılan bu mühüm tədbir ölkələrimiz arasında parlamentlərarası münasibətlərin səviyyəsinin daha da artırılmasına xidmət edir.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərə dair də fikirlər səsləndirilərək, bildirilib ki, ölkələrimiz arasında əlaqələr Ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət” şüarına uyğun şəkildə inkişaf edir. Fuad Oktay qeyd edib ki, daha geniş regionda mövcud olan gərginliklər fonunda qardaş ölkələrimiz arasında əməkdaşlıq sabitlik amili kimi çıxış edir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin mühüm əhəmiyyəti qeyd olunaraq, bu sahədə münasibətlərin daha da dərinləşməsində parlamentlərin də rolu diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri mühüm layihələrdən bəhs edilib.

Spiker Sahibə Qafarova qeyd edib ki, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına dair iradəsini parlamentlər səviyyəsində də tam şəkildə əks etdirmək üçün bütün imkanlardan istifadə olunur. Parlament üzvləri il ərzində çoxsaylı səfərlər, görüşlər keçirirlər, əlaqələrin yüksək səviyyədə inkişafı üçün bütün addımlar atılır. O cümlədən, beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə qarşılıqlı dəstək və birgə fəaliyyət mövcuddur.

Görüşdə həmçinin ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra regionda yaranmış vəziyyət, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra əməkdaşlıq üçün yaranacaq yeni imkanlar o cümlədən, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova TBMM-nin Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb

Loading

Next Post

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət […]