Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: “Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Loading

Next Post

Azər Məmmədov Xızıda vətəndaşları qəbul edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin növbəti vətəndaş qəbulu Xızı rayonunda keçiriləcək. İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun növbəti vətəndaş qəbulu fevralın 27-də saat 11:00-da Xızı rayonu, Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüş zamanı Xızı və Siyəzən rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda […]