Əli Əsədov Aşqabadda Gürcüstanın Baş naziri ilə görüşüb

Oxunma vaxtı:25 Saniyə

Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.
[center][img]https://azadmedia.az/uploads/posts/2025-12/1765460852_tfuf65zkobxjfmi16sw4f4p38v.png[/img][/center]

Loading

Next Post

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.Bu barədə nazirlik məlumat yayıb. 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” […]