DYP həftəsonu səfərləri zamanı sürücü və piyadaları diqqətli olmağa çağırıb

Oxunma vaxtı:40 Saniyə

Həftəsonu ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxt və bölgələr arasında, eləcə də turizm və istirahət məkanlarına aparan istiqamətlərdə nəqliyyat axınının artacağı gözlənilir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Sürücülərdən xahiş olunub ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, səhhətində problem olduğu halda, eləcə də yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər, təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər, yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etsinlər, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlasınlar.

“Piyadalardan isə xahiş olunur ki, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, yolu keçərkən mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməsinlər. Xüsusilə sutkanın qaranlıq vaxtında daha diqqətli olsun, təhlükəsizliklərini təmin etmək üçün görünən olmağa çalışsınlar”, – məlumatda qeyd olunub.

Loading

Next Post

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,61 % artaraq 82,95 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 80,32 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]