Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,61 % artaraq 82,95 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 80,32 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,86 ABŞ dolları və ya 3,67 % artaraq 80,74 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Rusiyada ağır yol qəzası: 6 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyanın Saratov vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Bu barədə Saratov vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb. Məlumata görə, hadisə yerli vaxtla saat 07:40-da Dergaçi rayonunun Vasilyevka kəndi yaxınlığında baş verib. Belə ki, “Renault Logan” və “Hyundai […]