Rusiyada ağır yol qəzası: 6 nəfər ölüb, 2 nəfər yaralanıb

Oxunma vaxtı:25 Saniyə

Rusiyanın Saratov vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Bu barədə Saratov vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 07:40-da Dergaçi rayonunun Vasilyevka kəndi yaxınlığında baş verib. Belə ki, “Renault Logan” və “Hyundai Accent” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumatlara əsasən, qəza nəticəsində altı nəfər hadisə yerində ölüb. Daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə çatdırılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Loading

Next Post

Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Aparat rəhbəri Mohamed Abdiker başda olmaqla nümayəndə heyətini qəbul edib. Bu barədə DMX rəisi “X” sosial media hesabında paylaşım edib. Bildirilib ki, görüşdə Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın […]