Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

Oxunma vaxtı:24 Saniyə

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Aparat rəhbəri Mohamed Abdiker başda olmaqla nümayəndə heyətini qəbul edib.

Bu barədə DMX rəisi “X” sosial media hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər miqrasiya idarəçiliyinin daha da təkmilləşdirilməsi, innovasiyaların təşviqi, eləcə də Azərbaycanın Qlobal Miqrasiya Paktının (GCM) Çempion Ölkəsi kimi rolunun gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

Loading

Next Post

"Bizim Maqsud müəllim" tamaşası nümayiş etdirilib

Heydər Əliyev Sarayında “Bizim Maqsud müəllim” adlı tamaşanın nümayişi olub. Xalq yazıçısı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun (1935-2016) uşaqlıqdan sevilən qəhrəmanları bu dəfə yeni səhnə görünüşündə tamaşaçıların qarşısına çıxıb. Səhnə əsəri kinodramaturqun ssenarisi əsasında lentə alınan “Uşaqlığın son gecəsi” (1968) və “Bizim Cəbiş müəllim” (1969) filmlərinin yeni versiyalarının yaradılması prosesi […]