Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Oxunma vaxtı:1 Dəqiqə, 12 Saniyə

Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleklə görüşüb.

Bu barədə Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dövlətlər arasında formalaşmış yüksək səviyyəli münasibətlər hüquq sahəsində də səmərəli əməkdaşlığın genişlənməsinə, o cümlədən prokurorluq, ədliyyə və digər hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinə, transmilli cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsinə və beynəlxalq hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Baş prokuror, həmçinin, nazir Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ildə Bakı şəhərinə həyata keçirdiyi işgüzar səfəri, eləcə də Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətinin cari ilin fevral ayında İstanbul şəhərinə səfəri çərçivəsində keçirilmiş görüşləri məmnunluqla xatırladaraq, həmin təmasların ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm təkan verdiyini bildirib.

Bundan başqa, Baş prokuror prokurorluq və ədliyyə orqanları arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Akın Gürlek Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlər üzrə, xüsusilə prokurorluq, məhkəmə və ədliyyə sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, həyata keçirilən birgə fəaliyyətin hər iki ölkənin hüquq sistemlərinin inkişafına və hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Görüşdə hüquqi əməkdaşlığın aktual istiqamətləri və gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb, iki qardaş dövlət arasında strateji müttəfiqlik münasibətlərinin bundan sonra da qarşılıqlı etimad və dəstək əsasında uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.

Loading

Next Post

DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində növbəti oyunlar keçiriləcək. Atlanta stadionunda İngiltərə yığması Konqo DR millisi ilə üz-üzə gələcək. Həmçinin Belçika Seneqalla, ABŞ isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. DÇ-2026 1/16 final 1 iyul 20:00. İngiltərə – Konqo DR Baş hakim: […]