Bakı metrosuna 20 vaqon VERİLƏCƏK

Oxunma vaxtı:30 Saniyə

“Bakı Metropoliteni” QSC tərəfindən Bakıya 150 ədəd yeni nəsil vaqon gətirilərək, istifadəyə verilib. Nəticədə metroda vaqonların yarısı yeni nəsil vaqonlardır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, ötən illərdə Bakıda 7 metrostansiya, 1 ədəd depo inşa edilərək istifadəyə verilib: “Dəmir yolu sahəsində də işlər görülüb. İnşa edilən dəmir yollarının uzunluğu və modernizasiya olunan xətlər 1500 kilometri ötüb”.

Loading

Next Post

Samir Şərifov nazir postundan azad edildi - Sərəncam

Samir Rauf oğlu Şərifov maliyyə naziri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Samir Şərifov Baş nazirin müavini təyin edilib. Qeyd edək ki, 64 yaşlı S.Şərifov 2006-cı ildən bəri maliyyə naziri vəzifəsini icra edirdi.