Bu deputatlara “Mercedes E 300” veriləcək – Siyahı

Oxunma vaxtı:56 Saniyə

Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən, həm də parlamentarilərə deputat vəsiqələri təqdim olunub.

Yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək.

VII çağırış Milli Məclisinin 15 komitəsi formalaşdırılıb. Aşağıdakı deputatlar komitə sədrləri seçilib:

– İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Azər Əmiraslanov;

– Elm və təhsil komitəsi – Anar İskəndərov;

– Regional məsələlər komitəsi – Siyavuş Novruzov;

– Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Arzu Nağıyev;

– İnsan hüquqları komitəsi – Zahid Oruc;

– Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi – Sadiq Qurbanov;

– Aqrar siyasət komitəsi – Tahir Rzayev;

– Əmək və sosial siyasət komitəsi – Musa Quliyev;

– Mədəniyyət komitəsi – Polad Bülbüloğlu;

– Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Səməd Seyidov;

– Səhiyyə komitəsi – Əhliman Əmiraslanov;

– Ailə, qadın və uşaq məsələləri komitəsi – Hicran Hüseynova;

– Gənclər və idman komitəsi – Şahin İsmayılov;

– İctimai birliklər və dini qurumlar komitəsi – Fazil Mustafa;

– Hüquq siyasəti və dövlət quruculuğu – Əli Hüseynli.

Qeyd edək ki, VI çağırışda komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onların həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.(Modern)

Loading

Next Post

Azərbaycanda DƏHŞƏT: xəstəliyə dözə bilməyən kişi özünü öldürdü - YENİLƏNİB

Lənkəranda intihar hadisəsi olub. Hadisə Zövlə kəndində baş verib. Kənd sakini Vüsal Qarazadə yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb. Məlumata görə, buna səbəb mərhumun xəstəlik səbəbilə bədənindəki ağrılara dözə bilməməsi olub. Faktla bağlı araşdırma aparılır. *** 30 Sentyabr, Saat: 21:53 Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb. Lənkəran rayonunun Zövlə […]