Əhməd Əhmədzadənin rəis olan qardaşı oğlu işdən çıxarıldı – YENİ TƏYİNAT

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Sumqayıt Gömrük İdarəsində yeni təyinat olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Tariyel Alverdiyev Sumqayıt Gömrük İdarəsinin rəisi təyin edilib.

Nəzərə çatdıraq ki, sözügedən vəzifəyə qədər Tariyel Alverdiyev Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi vəzifəsini icra edib.

Qeyd edək ki, bu təyinata qədər sözügedən vəzifədə Baş nazirin müşaviri Əhməd Əhmədzadənin qardaşı oğlu Coşqun Əhmədzadə çalışıb. O, müvafiq əmrlə sərəncama götürülüb.

Loading

Next Post

Ağstafada hərbçilər qəzaya düşdü - YARALILAR VAR

Ağstafa rayon Vurğun qəsəbəsində hərbçilər qəzaya düşüb. “Unikal”ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə “VAZ” markalı iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayonun Köçəsgər kənd sakinləri 28 yaşlı Məcid Rzayev, 27 yaşlı Azər Bayramov, 40 yaşlı Ramin Hacıyev, 65 yaşlı Şahin Qasımov, 31 yaşlı İlkin Abdullayev və 39 yaşlı Sübhan […]