Təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişiklik edilib, ixtisaslar yeni redaksiyada verilib

Oxunma vaxtı:31 Saniyə

Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edilib.

Dəyişikliklə, “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada verilib:

Qərara əsasən, filologiya ixtisasının xarici dil və xarici ölkə ədəbiyyatı ilə bağlı olan ixtisaslaşmalarına, habelə tərcümə ixtisasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

Eyni zamanda, regionşünaslıq ixtisasının Amerika, ABŞ, Kanada, Böyük Britaniya üzrə ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, Almaniya üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, Fransa üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər.

Loading

Next Post

Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərində Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Məşğələlərə Azərbaycan HDQ Dəniz Təlim Mərkəzinin gəmi hazırlığı bölməsi və Türkiyə HDQ Təlim Mərkəzinin “Yıldızlar” təlim qrupu cəlb olunub. Keçirilən məşğələlərin başlıca məqsədi hər iki qardaş ölkə arasında […]