Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərində Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Məşğələlərə Azərbaycan HDQ Dəniz Təlim Mərkəzinin gəmi hazırlığı bölməsi və Türkiyə HDQ Təlim Mərkəzinin “Yıldızlar” təlim qrupu cəlb olunub.

Keçirilən məşğələlərin başlıca məqsədi hər iki qardaş ölkə arasında hərbi dənizçilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və bu sahədə şəxsi heyətin döyüş hazırlığının daha da təkmilləşdirilməsidir.

Loading

Next Post

Neftin qiyməti 62 dollardan aşağı enib

Mayın 2-də dünya bazarlarında neftin qiymətində eniş davam edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında 2025-ci ilin iyun ayı üçün WTI neftinin barel qiyməti 1,60% və ya 0,95dollar azalaraq 58.29 dollara enib. ICE London qitələrarası birjasında 2025-ci ilin iyul ayı üçün Brent neftinin qiyməti isə 1,35% və ya 0,84 dollar azalaraq 61.29 […]