Bu tarixədək qaz kartlarına ödəniş etmək olmayacaq

Oxunma vaxtı:21 Saniyə

“SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, bu səbəbdən ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq

“Ödəniş sistemi 2 mart saat 22:00-dan 3 mart saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq. Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur. Müvəqqəti narahatlığa görə üzr istəyirik”, – məlumatda bildirilib.

Loading

Next Post

Yasamalda yerləşən yataqxanada YANĞIN

Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yataqxana binasının 7-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti və ev əşyaları 16 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.