Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə Ermənistanın iqtisadiyyat naziri görüşüb

Oxunma vaxtı:18 Saniyə

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla görüşüb.

Bu barədə İbrahim Yumaklı “X” hesabında paylaşım edib.

“Ermənistanın iqtisadiyyat naziri cənab Gevorq Papoyan ilə keçirdiyimiz görüşdə qida və su israfının iqtisadi məsrəfləri, tədarük zəncirindəki itkilər və istehsalın səmərəliliyi üzərində müzakirə apardıq.

Resursların qorunması və iqtisadi səmərəliliyin artırılması üçün əməkdaşlığımızı gücləndirməyə qətiyyətliyik”- deyə Yumaklı qeyd edib.(Apa)

Loading

Next Post

II Qareginin qardaşının həbs müddəti uzadıldı

Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevork Nersisyanın məhkəməyəqədər həbs müddəti 2 ay, qardaşı oğlu Hambardzum Nersisyanınkı isə 3 ay uzadılıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Xatırladaq ki, onlar Respublika Partiyasından Vaqarşapat merliyinə namizəd Harutyun Mkrtçyanın şikayəti əsasında saxlanılıblar. Mkrtçyan iddia edib ki, Gevork və Hambardzum Nersisyan onun seçki […]