Ukrayna müdafiə qüvvələri Kupyanskda Rusiya ordusunu mühasirəyə alıb

Oxunma vaxtı:20 Saniyə

Ukrayna ordusu Xarkov vilayətində yerləşən Kupyansk şəhərinə aparan bütün yolları tamamilə bağlayaraq şəhərdə olan Rusiya ordusunun hissələrini mühasirəyə alıb.

Bu barədə “RBK-Ukraina” məlumat yayıb.

Ukrayna ordusunun komandanlığın məlumatına görə, müdafiə qüvvələri Rusiya ordusunun Kupyanskda olan bölmələrini blokadaya alıb və şəhərin bütün şimal-qərb kənarını təmizləyib.

Bundan əlavə, şəhər yaxınlığındakı Kondraşovka və Radkovka kəndləri və onların ətrafı azad edilib.

Bildirilir ki, mühasirəni yarmaq cəhdləri dəf edilir.

Loading

Next Post

Ərdoğan Putinlə nələri müzakirə edib?

Dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.Danışıqlar bağlı qapılar arxasında keçirilib və mətbuata heç bir açıqlama verilməyib. Rusiya nümayəndə heyətinə Baş nazirin müavini Aleksandr Novak, Rusiya Federasiyası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov, Prezidentin mətbuat katibi Dmitri Peskov və Tatarıstan Prezidenti Rüstəm […]