Rusiya ordusu Donetsk bölgəsini kasetli sursatlarla atəşə tutub, 7 nəfər ölüb

Oxunma vaxtı:19 Saniyə

Rusiya ordusu Donetsk bölgəsindəki Drujkivski şəhərini kasetli sursatlarla atəşə tutub, nəticədə 7 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə Donetsk vilayətinin rəhbəri Vadim Filaşkin “Telegram” kanalında bildirib.

“Zərbə birbaşa səhər saatlarında insanların kütləvi toplaşdığı bazara endirilib. Hazırda 7 nəfərin həlak olduğu, 8 nəfərin isə yaralandığı məlumdur”, – vilayət rəhbəri qeyd edib.

Onun sözlərinə görə, sənaye zonası, üç hündürmərtəbəli bina və üç fərdi ev zədələnib.

Loading

Next Post

Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir - YENİLƏNİB

Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, […]