Roma Papası 12 qadının ayağını yudu və öpdü

Oxunma vaxtı:23 Saniyə

Papa Fransisk Pasxadan əvvəl cümə axşamı günü qeyd olunan mərasimdə Romada həbsdə olan 12 qadının ayaqlarını yuyub.

Modern.az xəbər verir ki, pontifik İtaliya paytaxtının şimal-şərq kənarında yerləşən Revivia qadın həbsxanasına baş çəkib.

87 yaşlı Papa Müqəddəs Həftə xidmətini ilk dəfə qadınlara həsr edib.

Əlil arabasında oturan Papa qadın məhbusların hər birinin ayağını göz yaşı içində yuyub, sonra dəsmal ilə qurulayıb və öpüb.

Təxminən 370 qadının saxlandığı həbsxananın həyətində keçirilən mərasimdə Papa məhbuslara dua edib.

Loading

Next Post

Tacikistanda 9 nəfər saxlanılıb - "Crocus" işi

Tacikistanda “Crocus City Hall”da baş verən terror aktının 9 mümkün iştirakçısı saxlanılıb. Bu barədə “Reuters” Tacikistan xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Moskvada bu yaxınlarda törədilən terror aktının icraçıları ilə əlaqəsi olması şübhəsi ilə 9 nəfər istintaqa cəlb olunub. Xatırladaq ki, son məlumatlara görə, “Crocus”da qurbanların sayı […]