Ermənistana sərhədlə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik – Ceyhun Bayramov

Oxunma vaxtı:58 Saniyə

Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik.

Bunu Xarici işlər naziri Ceyhun Bayramov QDİƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışında deyib.

Nazir bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmini dəfələrlə dilə gətirib:

“Bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün, bu əsasda yaxşı qonşuluq münasibətlərinin qurulmasının alternativi yoxdur. Hər iki tərəfin liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın ardıcıl həyata keçirilməsi yolu ilə bu cür münasibətləri qurmaq üçün misilsiz bir şans var.

Ermənistanla dövlət sərhədinin 30 illik işğaldan azad edilməsindən sonra Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur. Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir”.

C.Bayramov bilduirib ki, Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur:

“Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Qaradağ rayonunda yollarının yenidən qurulması ilə bağlı 2,1 milyon manat ayrıldı - SƏRƏNCAM

ƏSAS SƏHİFƏ XƏBƏR LENTİ RƏSMİ XRONİKA TREND TV SİYASƏT CƏMİYYƏT GÜNDƏM İQTİSADİYYAT DÜNYA XƏBƏRLƏRİ HADİSƏ İDMAN MƏDƏNİYYƏT HAVA PUL  AZ  Əsas səhifə Siyasət Qaradağ rayonunda yollarının yenidən qurulması ilə bağlı 2,1 milyon manat ayrıldı – SƏRƏNCAM SİYASƏT30 İyun 2021 14:35 (UTC+04:00) Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil […]