Yaşar Gülər: Bundan sonra da hər zaman can Azərbaycanın yanında olacağıq

Oxunma vaxtı:29 Saniyə

Türkiyə daim dostlarının yanındadır. Bu çərçivədə, ilk növbədə, can qardaşımız Azərbaycanın hər zaman yanında olduq və olmağa davam edirik.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin 2025-ci il büdcəsinin müzakirə edildiyi TBMM Plan və Büdcə Komissiyasında qurumun fəaliyyətləri ilə bağlı təqdimat keçirərkən deyib.

Nazir Qafqazda regional sülh və sabitliyin Azərbaycan-Ermənistan arasında imzalanacaq hərtərəfli sülh müqaviləsi ilə təmin olunacağını vurğulayıb.

“Bu məsələdə iki ölkənin göstərdiyi səyləri və son dövrdə əldə etdikləri irəliləyişi məmnuniyyətlə qarşılayırıq. Bundan sonra da “bir millət, iki dövlət” anlayışı ilə hər zaman can Azərbaycanın yanında olacağıq”, – Y.Gülər qeyd edib.

Loading

Next Post

Qərbi azərbaycanların bir-birindən fərqi, oxşarlıqları – onlar bir-birinin davamı da ola bilər - ŞƏRH

İndiki Ermənistan ərazisindəki Qərbi Azərbaycan bir reallıqdır və bu gerçəklik gün kimi aydındır. Ermənistanın baş naziri Nikol Paşinyan hələ ki Qərbi Azərbaycanın adını çəkir. Onu çox savadsızcasına uydurma Qərbi Ermənistanla müqayisə edirlər. Ermənistan, işğalçı və təcavüzkar ruhlu konstitusiya aktında Türkiyənin bu ərazisinə iddia etdiyini də gizlətməyib. Rəsmi İrəvanın Qərbi Azərbaycan […]